Messidən Xavinin təyinatına ilk reaksiyabackend

PSJ-nin hücumçusu Lionel Messi Xavinin “Barselona”ya baş məşqçi təyin olunmasına ilk dəfə münasibət bildirib.

“Yeni Gündəm” xəbər verir ki, argentinalı hücumçu sabiq komandasında bu baş məşqçisi dəyişikliyi ilə bağlı deyib:

“Xavi çox şeyi bilən bilikli məşqçidir. O, uşaqlıqdan oynadığı bu klubu yaxşı tanıyır. Onun gəlişi gənc futbolçular üçün çox vacibdir. Əminəm ki, məhz Xavi “Barselona”nı daha da böyüməyə məcbur edəcək”.

Xatrıladaq ki, Xavi bu ay “Barselona”ya baş məşqçi təyin edilib.