“Məsuliyyətimizi çox yaxşı başa düşürük” – Məzahir Pənahovbackend

“Son illər Azərbaycanda seçkilərlə bağlı nailliyyətlər əldə edilib. Bunlar hər şeydən əvvəl, Azərbaycanda əldə edilmiş dayanıqlı sabitliklə bağlıdır. Digər tərəfdən hüquqi bazanın yaradılması ilə əlaqədardır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında MSK üzvlüyünə təsdiqlənən Məzahir Pənahov deyib.

“Azərbaycan xalqı əmin olsun ki, məsuliyyətimizi çox yaxşı başa düşürük. MSK-nın fəaliyyəti yalnız və yalnız qanunvericiliyin və dövlətçiliyin maraqlarını gözləmək şərti ilə atılan addımlardan ibarət olacaq”, – o bildirib.