Mətanət Süleymanzadə “ŞƏRƏFLİ ÖMÜR” mükafatına layiq görüldü – FOTObackend

“Mak Marine LTD” şirkətinin rəhbəri, iş adamı Mətanət Süleymanzadə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə,  xeyriyyəçi iş adamı olaraq mükafata layiq görülüb.

“Yeni Gündəm”in məlumatına gorə, “Parlamentinsesi.az” saytı tərəfindən keçirilən rəy sorğusuna əsasən dövlət və dövlətçiliyi dəstəklədiyinə görə Mətanət xanım Süleymanzadə “Şərəfli Ömür” fəxri media mükafatı ilə təltif olunub.

Qeyd edək ki, iş adamı Mətanət Süleymanzadə “Mak Marine LTD” şirkətinin rəhbəri olaraq bir çox lahiyələrdə iştirak edərək mükafatlara layiq görülmüşdür.

Bu münasibətlə Mətanət xanımı bütün kollektivi təbrik edir və bundan da yüksək adlara layiq görülməsini arzulayır.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda Mətanət xanımı bu münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!