Mətbuatda yayılan məlumatlar əsassızdır: Mənim Yasamal yol polisindən və 9 nömrəli otağda olan əməkdaşlardan heçbir şikayyət və tələbim yoxdurbackend

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bəzi internet saytlarında 9 nömrəli otağın sirri, yaxud Yasamal DYP-nin “doğuş” otağında nələr olur?-Bu nədir belə? başlıqlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


Sürücü ilə əlaqə saxlanıldı. Sürücü bildirdi ki, avtomaşınım istismari qadağan olduğu üçün saxlanıldı. Saxlanılan zaman mənə qayda pozuntusu izah olundu və protokol yazıldı. Digər yazılanlar həqiqətə uyğun deyil. Mənim Yasamal yol polisindən və 9 nömrəli otağda olan əməkdaşlardan heçbir şikayyət və tələbim yoxdur.