Metroda baş verən atışmada ölənlərin sayı artdıbackend

Braziliyanın Rio-de-Janeyro şəhərinin metrosunda baş verən atışma nəticəsində yaralanan daha üç nəfər həyatını itirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə  “G1” portalı xəbər verir.

Bununla da, hadisə zamanı həlak olanların sayı 28 nəfərə çatıb.

Qeyd edilir ki, silahlı toqquşma Rio-de-Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başladığı əməliyyat zamanı baş verib.

Atışmada öldürülən 19 nəfəri kiminal keçmişi olub.

Daha əvvəl hadisə zamanı 25 nəfərin öldüyü bildirilirdi. Həlak olanlar arasında polis əməkdaşı da var.