Metroda iki qızın telefonunu oğurlayan saxlanıldıbackend

 

Metroda iki qızın telefonunu oğurlayan şəxs saxlanılıb.

“Yeni Gündem”in verdiyi xəbərə görə, yanvarın 19-da saat 16:30 radələrində “İnşaatçılar” metrostansiyasında qatarda 1998-ci il təvəllüdlü N.Həmidovanın cibindən mobil telefonu oğurlanıb.

Bakı BPİ və Metropoliten PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. O, əvvəllər oğurluq, narkotik vasitələrin daşınması və narkotik vasitələrin istehlakına təhrik etmə maddələri ilə ittiham olunaraq məkhumluq həyatı yaşayıb.

E.Məmmədovun ətrafında aparılan araşdırma zamanı onun həmin gün saat 14:30 radələrində “28 May” metrostansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurladığı məlum olub. Hazırda həmin şəxsin ətrafında araşdırmalar davam etdirilir. Onun digər analoji cinayətlərdə iştirakı da istisna edilmir.