Metroda problem yarandı, sərnişinlər təxliyə olundubackend

“Həzi Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda metropolitenə xas qoxu olub və bu səbəbdən qatara baxış keçirilib”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hər hansı texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb. Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək.