Metroda sıxlıq yarandı – Fotobackend

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.

“Yeni Gündəm” xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir.

Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək. Artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.

Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır.

Günel Türksoy