Metronun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanıldıbackend

Bakı metrosunun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: “Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam davam etdirilir”.