Metropolitenin əməkdaşı işdə ürək tutmasından öldübackend

Bakı Metropolitenində ölüm hadisəsi baş verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında metropolitendə stansiyalar sərnişin girişinə açılmazdan əvvəl süni qurğular təmirçisi, 1961-ci il təvəllüdlü Vamiq Həsənov gecə növbəsindən işdən çıxarkən ürək dayanmasından dünyasını dəyişib.