“Metsamor AES bütün region üçün təhlükədir”-Prezidentbackend

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki,Rafael Mariano Qrossi dövlətimizin başçısını Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbrik etdi. O qeyd edib ki, Azərbaycanın sədrliyi praktik xarakter daşıyır və beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığa böyük önəm verir. Dövlət başçısı nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadənin vacibliyini vurğulayıb. Xüsusilə, Azərbaycan ilə agentlik arasında kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.

Nüvə təhlükəsizliyi problemi ilə bağlı İlham Əliyev bildirib ki, Ermənistanda Metsamor AES fəaliyyət göstərir və bu, Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. O, stansiyanın köhnə texnologiyalarla işlədiyini, ciddi texniki problemlərin yaşandığını qeyd edib və Metsamor AES vasitəsilə əldə edilən bəzi nüvə materiallarının qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu vurğulayıb.

İclasda bütün dövlətlər tərəfindən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl olunmasının vacibliyi vurğulanmış, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yarada biləcək nüvə silahının yaradılması cəhdlərindən narahatlıq ifadə edilmişdir.

Fərahim Rəhimov