Meymun çiçəyinə görə karantin neçə gün olacaq?backend

Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir potensial təhlükəli virus – meymun çiçəyi ortaya çıxıb.

“Yeni Gündəm” xəbər verir ki,  artıq Belçikada virusula bağlı kritik qərar qəbul edilib. Qərara əsasən, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar.

Qeyd edək ki, məcburi təcrid qərarı verən ilk ölkə olan Belçikada meymun çiçəyi virusuna üç yoluxma halı aşkar edilib.