Meyxana bizə nə verir? – AÇIQLAMAbackend

Azərbaycanın bir çox bölgələri var ki, ordada spesifik xalq incəsənətinin müxtəlif növləri inkişaf edib.Məsələn Qazax, Tovuz, Borçalı zonasında aşıq məktəbi, Şamaxı və Lənkəranda xalq musiqiləri, şərqiləri, Bakıda meyxana, bəstəkar musiqi daha çox inkişaf edib.Bir sıra sənət nümunələridə var ki, bunlar daha çox kütlələrin toplaşdığı meydan incəsənət növünə aiddir. Bəziləridə var ki,bir qrup insanların,daha çox kişi cinsinə aid olan insanlar tərəfindən istifadə olunur.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında meyxana mövzusu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə meyxana etiraz əlaməti olaraq deyilir. O, həmçinin suallarımıza cavabı çərçivəsində meyxananın tarixi şəraitinədə dönüş etdi.

“Meyxana Azərbaycanda daha çox etiraz,boykot incəsənət növü kimi deyişmə forması kimi inkişaf edib.Qədimlərdən bədahətən deyilən,eyni zamanda,nəinki arağ içilən zirzəmilərdə,eyni zamanda meydanlarda səslənən sənət nümunəsi kimi tanınıb.Meyxana aşığların deyişilməsinə yaxın, mərsiyyələrin avaz ilə söz-sənətinin qolu kimi inkişaf edib.Sovet dövründə meyxana paytaxt Bakıda və onun ətrafındaki,ərazilərdə mövcud sistemə etiraz motivinə köklənmiş sənət növü idi .Ancaq Meyxanada şounun bir növünə çevirildi.İkinci müstəqillik dövründən sonra toy ve el şənliklərində deyilməyə başladı.Hətta qadın meyxanaçılar ortaya çıxdı.Halbuki indiyənə kimi belə bir şey olmamışdı.Əlbəttə su çox içiləndə fəsadları olur.”

Aydınxan Əbilov bu məsələdə əsası göstərməklə aidiyyəti qurumlarada üz tutdu:

“Meyxananın sənət baxımından zərərli qolları var. Narkotik,təhqir kimi istiqamətləri var. Bunlar kütlənin zövqünə mənfi təsir edir.Bunların bizim mədəniyyətimizə dağıdıcı təsiri ola bilər.Bu yöndə təəsüflər olsun ki, AMEA-nın Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu,Ali məktəblərin Filologiya fakültələrində ciddi araşdırmalar görmürük.

Hesab edirəm ki, Mədəniyyət Nazirliyi,və digər aidiyyəti qurumlar bu yöndə araşdırma etməlidir.

Mədəniyyət Nazirliyi mədəni, kulturoloji sifariş verməklə, meyxananın tədqiqinə, onların kütləyə təsiri, gənclərin mənəviyyatının pozub -pozmamasına, psixoloji vəziyyətinə müsbət -mənfi təsir göstərməsinə araşdırılma aparılmalıdır.”

Kulturoloq meyxanın xalqa müsbət təsirlərinidə izah etdi.

“Meyxanın müsbət tərəfləridə var. Meyxana növlərində ifa olunan parçalar İkinci Qarabağ müharibəsi zamanı ideoloji cəhətdən əsgərlərimizə döyüş ruhu baxımından çox ciddi təsiri olub. Əlbəttə istənilən incəsənət xalqın inkişafına müsbət təsir edirsə, o alqışlanmalıdır. Ancaq zərərli təsirləri var o qınanmalıdır. Ölümə çağırış edən sənət nümunəsini  təbliğ etməməliyik.Əksinə daha çox tənqidə tuş gəlir. Meyxananın söz sənətimizə müsbət və mənfi təsiri var.Amma bu təsirləri zəiflətmək, onları müsbət yöndə istifadə etmək olar. Niyədə meyxanaçılar hərbi,maarş mövzulu meyxanələr  yazmasınlar.Tutalım ki,insanların zövqünə təsir edirsə, niyədə onları meyxanə janrı vasitəsilə insanların arasında yaymayaq”

Fərahim RƏHİMOV

Yenigundem.az