Meyxanaçı Kərimin oğlunun polisə verdiyi Nazilə: “Səy gədə sözü niyə özünə götürüb?”backend
Meyxanaçı Kərimin oğlu şairə Nazilə Səfərlini polisə şikayət edib.

“Yeni Gündəm” lent.az-a istinadən xəbər verir ki, N.Səfərli qarşı tərəfin şikayətinə “D TV”də cavab verib:

“Orda yazmışam səy gədə. O niyə o sözü özünə götürüb? Səy gədə adında adam tanıyırsız? Səy gədə dedim, özünüzə götürmədiniz. Çünki siz evinizi satmamısınız. Hüquq-mühafizə orqanları mənə nə edəcək?

Gedin səy gədəni mənə tapıb gətirin. Sözü at, yiyəsi götürsün. Zəmbillə göydən düşmüşəm, yoxsa ot olub yerdən çıxmışam? Heç kimin ailəsinə burun soxmaq fikrində olmamışam”.