Meyxanaçı Mehman: “Mən söz xiridarı deyiləm!” – VİDEObackend

“Bizi söz xiridarı kimi təqdim etmək olmaz!”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Xəzər TV telekanalında yayımlanan “Səhər Mərkəzi” verilişinə qonaq olan meyxanaçı Mehman Əhmədli deyib.

Meyxanaçı üzünü onu verilişlərdə “söz xiridarı” kimi təqdim edənlərə tutub:

“Söz xiridarı” ifadəsi aparıcıların dilinə haradan düşübsə, bizi söz xiridarı kimi təqdim edirlər. Söz xiridarı sözü sözdən seçən, qıraqdan qiymət verən insandır. Bizi söz xiridarı kimi təqdim etmək olmaz! Söz ustası meyxanaçı demək olar, amma söz xiridarı yox! Mən söz xiridarı deyiləm!” – deyə etiraz edib.