“Microsoft”un həmtəsisçisinin kolleksiyası hərraca çıxarıldıbackend

“Microsoft”un mərhum həmtəsisçisi Pol Allenin şəxsi kolleksiyası “Christie’s”də satışa çıxarılıb.

Sənət əsərlərinin rekord məbləğə – toplam 1 milyard dollara satılacağı gözlənilir.

Satışlar gələn həftə baş tutacaq.

Qeyd edək ki, Allenin kolleksiyasında 150-dən çox rəsm var ki, onların hər biri 100 milyon dollardan yuxarı qiymətə satıla bilər.

Xatırladaq ki, Allen 2018-ci ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edib. Ölümündən bir neçə il əvvəl o, kapitalının böyük hissəsini, yəni 13 milyard dollardan çoxunu xeyriyyə işlərinə bağışlayacağını açıqlayıb.

Allen 1975-ci ildə orta məktəb dostu Bill Qeytslə birlikdə “Microsoft”u qurub.

Oxu.az