Mikayıl Cabbarov: “Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8% artıb”backend

2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emal sənayesində isə 21,7% artıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

M.Cabbarov qeyd edib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb ki, bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir.