Mikayıl Cabbarov: “Bu il aktiv vergi ödəyicilərinin sayı 4% artıb”backend

2021-ci ilin ilk altı ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 təşkil edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda hazırda iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.