Mikayıl Cabbarov: “Neft-qaz əsas ixrac malları olaraq qalmaqdadır”backend

Neft və qaz Azərbaycanın əsas ixrac malları olaraq qalmaqdadır.

Bunu Bakıda keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bununla belə, nazir bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çox olub.

Bundan başqa, M.Cabbarov deyib ki, 4 ay ərzində Azərbaycanda iqtisadi artım 7,2%, o cümlədən qeyri-neft sektoru üzrə artım 11,4% təşkil edib.