Mikayıl Cabbarov SOCAR-ı təbrik etdibackend

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov şirkətin yaradılmasının 30 illiyi münasibəti ilə təbrik edib.

“Yeni Gündəm”-in xəbərinə görə, təbrikdə deyilir:

“Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi və dövlətimizin iqtisadi inkişafında müstəsna rolu olan SOCAR-ın yaradılmasının 30 illiyidir. Zəngin neft-qaz resurslarımızın ölkəmizin tərəqqisi və rifahı naminə istifadə edilməsinə böyük töhfələr verən quruma fəaliyyətində uğurlar arzu edirəm”.