Mikayıl Cabbarova yeni vəzifə verildi – SƏRƏNCAMbackend

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib.

”Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb və onun yerinə Azərbaycanın iqtisadiyyat naziri əlavə edilib.

Həmçinin iqtisadiyyat nazirinin müavini də komissiyanın tərkibindən çıxarılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərəcək.