Mikayıl Mirzəzadə: Ümummilli lider Heydər Əliyev xalqımızın tərəqqisi naminə misilsiz xidmətlər göstəribbackend

Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Gənc sahibkar və internet-media eksperti Mikayıl Mirzəzadə AZƏRTAC-a müsahibəsində söyləyib.

Mikayıl Mirzəzadə : “Ümummilli lider Heydər Əliyev xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi naminə misilsiz xidmətlər göstərib. Azərbaycan dövləti məhz onun qətiyyəti və iradəsi sayəsində əsl müstəqilliyinə nail olub. Qısa müddətdə bütün sahələrdə, o cümlədən elmdə də sürətli inkişaf müşahidə olundu. Bu inkişafın göstəricilərindən biri gənclərin təhsilə marağının artmasıdır. Bu gün dünyanın istənilən guşəsində Heydər Əliyevdən söz düşəndə gözlərimizin qarşısında Azərbaycan, Azərbaycan deyəndə isə Heydər Əliyev canlanır”.