Millət vəkili Anar İsgəndərov fiziki məhdudiyyətli idmançı ilə görüşdü – FOTObackend

Bu gün millət vəkili Anar İsgəndərov Qurban bayramı münasibəti ilə Masallı rayonu, Viləş kəndində fiziki məhdudiyyətli idmançı, Boccia idman üzrə ikiqat Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnerlər qalibi Bəhruz Mirzəyevlə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin də iştirak etdiyi görüşdə Millət vəkili Anar İsgəndərov bu il parlament seçkilərinə namizəd olduğu vaxt idmançıyla görüşünü xatırlayaraq söz verdiyi kimi yenidən onun görüşünə gəldiyini bildirib. Anar İsgəndərov idmançıya dünya çempionu olmağı, Azərbaycan Dövlət himnin sədaları altında Bayrağımızın daha da uca zirvələrdə dalğalandırmasını arzu edib.

İdmançı Bəhruz Mirzəyev öz növbəsində ölkə başçısı cənab İlham Əliyevə, rayonda idman sahəsinə, idmançılara, göstərilən diqqət və qayğıya görə icra başçısına və millət vəkili Anar İsgəndərova öz təşəkkürünü bildirib.
İdmançı qeyd edib ki, bu gün çox seviniriəm ki, idmançılara belə diqqət və qayğı göstərirsiniz. Mən də çalışacağam ki, gələcəkdə ölkəmizin bayrağını daim yüksəklərə qaldırım və Azərbaycanın idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut edim.

“Mən adi günlərdə iki əlimlə bir istəkanı qaldıra bilmirəm. Amma yarışlar zamanı üç rəngli bayrağımızı görüb onun himnimizin sədaları altında dalğalanması üçün sanki qeyibdən mənə bir güc gəlir, gücüm yüz dəfə artır və mən həmin yarışın qalibi oluram”

Millət vəkili başçısı Bəhruzun yaşadığı evdə onun fiziki məhdudiyyətli atası və qardaşı ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Millət vəkili Anar İsgəndərov fiziki məhdudiyyətli idmançı ilə görüşdü - FOTO