Millət vəkili Anar Məmmədovun ad günüdürbackend

Milli Məclisin deputatı Anar Məmmədovun bu gün duğum günüdür.

“Yeni Gündəm”-in məlumatına görə, millət vəkilinin 36 yaşı tamam olur.

Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub. 1991-2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002-2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002-2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005-2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.

Azərbaycan, rus və ingilis dillərin bilir.

Ailəlidir, üç övladı var.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda deputat Anar Məmmədovu doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!