Millət vəkili Aprel şəhidlərinin ailələri ilə əlaqə saxladı -FOTObackend

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov əslən Cəbrayıldan olan şəhidlərimizin ailələri ilə əlaqə saxlayıb.

Şanlı Aprel döyüşlərindən beş il keçir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Döyüşlər zamanı Azərbaycanın mərd və cəsarətli 92 zabit və əsgəri qəhrəmanlıq göstərərək şəhid oldu.

Bu doyüşdə şəhidlik zivəsinə ucalan igid qəhrəman övladlardan Cəbrayıl şəhər sakini Azərbaycan silahlı qüvvələrinin kiçik çavuşu Ruhid Qəhrəmanov və Cəbrayıl rayon Sarıcallı kənd sakini Mahmud İbrahimovun ailəsiylə əlaqə saxladıq, şəhidlərimizə Allahdan rəhmət yaxınlarına səbr dilədik. İllər keçsə də biz onları böyük minnətdarlıq duyğusu ilə yad edəcəyik. Nur içində yatsınlar!