Millət vəkili bu münasibətlər haqqında danışmazdan öncə Prezidentimizin çıxışlarını diqqətlə oxusun – Deputat Mirbəşiroğlunun sözlərinə münasibət bildirdibackend

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Millət vəkili Elşad Mirbəşiroğlunun sosial şəbəkələrdə ciddi etirazlara səbəb olan Azərbaycan -Türkiyə münasibətləri haqqında fikirlərinə münasibət bildirib.

Bununla bağlı Yeni Gundem”danışan Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Elşad Mirbəşirlinin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı verilişdə iki qardaş ölkənin doğal və strateji münasibətlərini başqa rakusdan dəyərləndirməsi də sosial şəbəkə izləyicilərinin haqlı etirazına səbəb olubdur:

“Doğrusu həmin video sujetə mən də indi baxdım. Bilmirəm bəlkə də həmkarımın fikirləri konteksdən çıxarılıbdır. Çünki, heç cürə inana bilmirəm ki, Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən tarix unudulsun və  tariximizdə, xüsusən müasir tariximizdə baş verənlər  unudulsun. Yəni bu iki qardaş ölkə münasibətləri  geosiyasət baxımından izah edilməsi ən sonuncu məsələ ola bilər. Çünki biz Allah tərəfindən əbədi olaraq qardaşlığa və dostluğa məhkum olmuş iki xalqıq. Ümumiyyətlə biz bu mövzuda danışarkən əlimizə tərəzi götürüb deməməliyik ki, kim-kimə nə edib. Düşünürəm ki, həmkarımız Elşad Mirbəşirlinin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı verilişdə iki qardaş ölkənin doğal və strateji münasibətlərini başqa rakusdan dəyərləndirməsi  də sosial şəbəkə izləyicilərinin haqlı etirazına səbəb olubdur. Doğrusu mən də həmkarımın yanaşması ilə qətiyyən razılaşmıram. Yaxşı olardı ki, millət vəkili bu münasibətlər haqqında danışmazdan öncə möhtərəm Prezidentimizin çıxışlarını diqqətlə oxusun.

Türkiyə-Azərbaycan münasibətləri haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ifadə etdiyi təkcə, bu fikirlər “dünya miqyasında Türkiyə və Azərbaycan qədər yaxın ölkə yoxdur, və ya elə bir iki ölkə yoxdur ki, bu iki qardaş ölkənin münasibətləri kimi olsun.”  Hər şeyi özlüyündə  ifadə edir. Hər kəsə bəllidir ki, şərəfli tariximizin son XX-XXI əsrdə bu qardaş ölkələrin hər bir vətəndaşı 7/77-dək bir-birinin yolunda canından və həyatından keçibdir. Hər iki qardaş ölkə ən çətin məqamlarda belə son tikələrini bir-birlərindən əsirgəməyib. Yəni əslində biz bu münasibətləri heçnə ilə, hətta qlobal və geosiyasi proseslərlə müqayisə və müzakirə etməməliyik. Əksinə stratejii maraqlarımız və müttəfiqliyimiz bu təbii qardaşlığımızın üzərində qurulduğu üçün daha güclü olmuşuq və indi də güclüyük. Bəzən  strateji maraq müəyyən zamandan və geosiyasi proseslərdən asılı olaraq dəyişə bilir, lakin təbii qardaşlığımızı heç bir qüvvə hətta ən çətin dövrlərdə belə ayıra bilməmişdir. Azərbaycan və Türkiyə münasibətləri haqqında Ulu Öndərlərimiz, həm Atatürk, həm də Heydər Əliyev bizlər üçün elə bir yol xəritəsi müəyyən edib ki, zəfərlərə aparan bu yol  əbədiyyətə qədər davam edəcəkdir. Hər iki qardaş dövlətin Prezidentləri bu qardaşlığı ən mötəbər kürsülərdə qətiyyətlə səsləndiribdir. Hesab edirəm ki, həmkarım Elşad Mirbəşirlinin Azərbaycan-Türkiyə münasibətləri haqda dedikləri ifadələr Çanaqalada Qurtuluş savaşında şəhid olan Azərbaycanlıların, eləcə də, 1918-ci ildə Azərbaycanda xalqımıza qarşı geniş miqyaslı qətliyam törədən erməni və onları dəstəkləyən qüvvələrə qarşı mübarizədə qardaş harayına gəlmiş Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Türk Ordusunun şəhid məhmədçiklərinin ruhunu incitməkdir.

Hesab edirəm ki, Respublikamızın Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Təyyub Ərdoğanın liderliyi, uzaqgörən siyasət və diplomatiyası, eləcə də sarsılmaz qardaşlığı və dostluğu sayəsində ən yüksək zirvələrə çatmış Azərbaycan-Türkiyə münasibətləri haqqında danışanda, heç olmasa əziz şəhidlərimizi göz önünə gətirərək fikirlər səsləndirmək lazımdır.”

Fərahim Rəhimov