Millət vəkili Cavid Osmanov ağdaşlı qazilərlə görüşüb – FOTObackend

Yeni Azərbaycan Partiyası üzvi, millət vəkili Cavid Osmanov Ağdaş rayonundan olan şəhid ailələri, qazi ailələri və qazilərimizlə keçirdiyi görüşləri davam etdirir.

“Yeni Gündəm” xəbər verir ki, Cavid Osmanov Ağdaş rayonunun Pirkəkə kəndində yaşayan Vətən müharibəsi qazisi Osmanov Təhmasib Vasif oğlu və onun ailə üzvləri ilə görüşüb.Görüşdə həmçinin qazilər Əliyarov Mürşüd Sənvər oğlu və İsayev Ayxan İlqar oğlu da iştirak edirdilər. Görüş zamanı qazilərin keçdikləri döyüş yolu və göstərdikləri igidliklər haqqında söhbət edilib.

Deputat Cavid Osmanov,səmimi keçən söhbət zamanı qazilərimizi və onların ailə üzvlərini Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edilib.

Şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğuladıq. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğu, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirən insanlarımızın Prezidentimiz cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd edilib.

Sonda qazilərimiz dövlətimiz tərəfindən onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti, müəzffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.