Millət vəkili Ceyhun Məmmədovun ad günüdürbackend

Ceyhun Məmmədovun 45 yaşı tamam olur.

“Yeni Gündəm” xəbər verir ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.

O, 1991-1994-cü ildə Suriya Ərəb Respublikasında Əbu Nur İslam Kompleksi, Dəvət və İrşad institutunda təhsil alıb. Daha sonra (1994-1998) Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib.

2000-2002-cü ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsi, 2004-2007-cü ildə isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

C.Məmmədov indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1998-2001-ci ildə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi – referent işləyib. 2001-2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis, 2002-2006-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası bölməsinin müdiri işləyib.

2007-2012, 2012-2013, 2013- 2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun redaktoru, Avrasiya tərcümə mərkəzinin tərcüməçisi, AMEA-nın Şərqşünaslıq institutunun Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olub.

2015-ci ildən bu günə kimi Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi, 2017-2018-ci ildə isə Azərbaycan Dillər Universitetinin müəllimi işləyib.

Azərbaycan İlahiyyat İnsititutu 2018-ci il fevral ayının 9-da Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla isə Ceyhun Məmmədov bu insitituta rektor təyin olunmuşdur.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda deputat Ceyhun Məmmədovu doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!