Millət vəkili Ceyhun Məmmədovun görüşləri davam edir -FOTOLARbackend

Milli Məclisin deputatı Ceyhun Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakinləri ilə görüşləri davam edir.

“Yeni Gündəm” xəbər verir ki, Ceyhun Məmmədovun növbəti görüşü Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakinləri ilə oldu, vətəndaşları fərdi qəbul edib problemlərini dinlədi, qaldırılan məsələləri araşdırılması və həlli üçün qeydiyyata alındı.

Hər bir müraciətə baxılacağını və aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağımızı bildirdi. Qəbuldan sonra Vətənin müstəqilliyi və bölünməzliyi uğrunda 44 günlük müharibədə qəhrəmancasına şəhid olmuş Anar Əmirovun məzarını ziyarət etdildi, ruhuna dualar oxuduq.

Millət vəkili daha sonra Cocuq Mərcanlı sakinlərinin istifadəsinə verilmiş futbol meydançasında gənclərlə bir arada oldu.