Millət vəkili Əziz Ələkbərli İlham Əliyevi təbrik etdibackend

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi ad günü münasibətilə təbrik etmişdir.

Təbrikdə deyilir:

“Bu gün – dekabrın 24-ü dünya azərbaycanlılarının dünya şöhrətli Rəhbəri, adını tarixə qızıl hərflərlə yazan, uşaqdan böyüyə hər bir azərbaycanlının qürur mənbəyi olan, hər bir azərbaycanlının ürəyində taxt quran, 44 gün ərzində düşmənin 200 illik işğalçılıq yürüşünü durdurub, tək Ermənistan ordusunu yox, dünya erməniliyini darmadağın edib, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan, ermənilərin bütün dünyadakı havadarlarına tarix və siyasət dərsi keçən, bununla da kifayətlənməyib üfüqdə Zəngəzur, Göyçə, İrəvan kimi tarixi torpaqlarımızı nişan verən Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İLHAM HEYDƏR OĞLU ƏLİYEVİN ad günüdür. Xalqımıza Zəfər gününü bəxş edən Rəhbərimizin ad gününü şəxsən öz adımdan, Saatlıdan olan bütün seçicilərim adından, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının çoxminli üzvləri adından ürəkdən təbrik edirəm!
Millətimiz üçün, Dövlətimiz üçün, hər bir azərbaycanlı və bütün Türk dünyası üçün etdiklərinə görə, qalib millətin övladı, qalib dövlətin vətəndaşı olmağın sevincini və qürurunu bizə yaşatdığına görə təşəkkür edirik!”