Millət vəkili Əziz Ələkbərli Saatlı sakinlərinin problemlərini müzakirə edib – FOTOLARbackend

Millət vəkili Əziz Ələkbərli deputat seçildiyi Saatlı rayonunun Nəsimikənd, Mir Cəlal, Soltanabad kəndlərinin hər birində olub və əhali ilə birgə bu kəndlərin problemlərini müzakirə edib.

“Yeni Gündəm” xəbər verir ki, kənd sakinləri kəndlərin içməli su və suvarma su təminatındakı problemlərdən danışaraq çıxış yolu kimi ehtiyat su anbarlarının yaradılmasını təklif ediblər.

Bundn başqa, məlum oldu ki, taxıl biçilib qurtarsa da, bəzi təsərrüfatlara taxıla görə ayrılan azot gübrəsi hələ də verilməyib. Kəndlərə qaz çəkilişi ilə bağlı bütün səviyyələrə müraciət edilsə də, hələ də real addımlar atılmayıb. Kənd sakinləri kənddə elektrik dirəklərinin, elektrik xətlərinin təhlükəli vəziyyətdə olduğunu, kabelləşmənin aparılmadığını, transformatorların köhnəldiyini bildiriblər, deputatdan şikayətlərini Azərenerjiyə, Azərişığa, Azəriqaza çatdırmağı xahiş ediblər.