Millət vəkili Əziz Ələkbərli şəhid ailələrini ziyarət etdi – FOTOLARbackend

Milli Məclisin deputatı Əziz Ələkbərli noyabrın 8-də və 9-da Saatlı rayonunda Vətən Müharibəsi şəhidlərindən Soltanabad kəndində şəhid Ağayev Ceyhun Cəmil oğlunun, Fətəlikənd kəndində şəhid Ağayev Cavanşir Niyaməddin oğlunun ailələrini ziyarət etmişdir. Şəhidlərimizin xatirəsi bir daha yad edilmişdir.

“Yeni Gündəm” xəbər verir ki, Millət vəkili şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının daim dövlətin, dövlət başçımız, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğuna və bundan sonra da olacağına onları əmin etmişdir.