Millət vəkili Əziz Ələkbərli şəhidləri ziyarət etdi – FOTOLARbackend

Milli Məclisin deputatı Əziz Ələkbərli Saatlı rayonunda şəhid ailələrini ziyarət edib.

“Yeni Gündəm”-in məlumatına görə, millət vəkili Əziz Ələkbərli növbəti dəfə Saatlı rayonunda olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları ilə birgə rayondakı şəhid məzarlarını ziyarət etmiş, şəhid valideynləri ilə görüşmüşlər.

Deputat şəhid ailələrində olarkən dövlət strukturları tərəfindən onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb, bu istiqamətdə görüləcək işlər haqqında heyət üzvləri ilə fikir mübadiləsi aparıb.