Millət vəkili Əziz Ələkbərli şəhidlərimizin xatirəsinə ucaldılmış abidələri ziyarət etdi – FOTOLARbackend

Millət vəkili Əziz Ələkbərli deputat seçildiyi Saatlı rayonuna bu dəfəki səfəri zamanı Saatlıdan istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban vermiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidələri ziyarət etmişdir.

“Saatlının qədirbilən camaatı onların qəhrəmanlığını bir an belə unutmur, şəhidlərimizin xatirəsi həmişə anılır, Saatlının ən müxtəlif kəndlərində onların xatirəsinə lövhələr qoyulur, bulaqlar tikilir, abidələr ucaldılır.

Saatlıya səfərimizdə kəndləri gəzdikcə biz bu abidələri ziyarət eləməyi özümüzə borc bildik, şəhidlərimizə bir daha Allahdan rəhmət dilədik”, – deyə millət vəkili “Yeni Gündəm”-in müxbirinə bildirmişdir.