Millət vəkili Əziz Ələkbərlinin ad günüdürbackend
Milli Məclisin deputatı Əziz Ələkbərlinin bu gün duğum günüdür.

Cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər bir insan kimi tanınan Əziz Ələkbərlinin 61 yaşı tamam olur.

“Yeni Gündəm” in məlumatına görə, Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur.1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir

Qeyd edək ki, Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və Azərbaycan KİVİHİ-nin “Qızıl qələm” mükafatı laureatıdır.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon “Gürmük nəğmələri” Ədəbi Birliyinin sədri olmuşdur.1987-ci ildə təyinat müddətini bitirib, Vedibasar mahalının Qaralar kəndiə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır.
Ə.Ələkbərli 1988-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarında professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləmişdir.2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmiş və hazırda həmin institutun “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi, dosentdir. Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.Ə.Ələkbərli 1991-1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993-1994-cü illərdə “Ana Vətən” qəzetinin, 1997-1998-ci illərdə “Ağrıdağ” qəzetinin baş redaktoru olmuşdur. 1996-1997-ci illərdə “Xalq qəzeti” qəzetinin şöbə müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və Azərbaycan KİVİHİ-nin “Qızıl qələm” mükafatı laureatıdır. Həmçinin bir sıra media mükafatlarına layiq görülmüşdür.

Ə.Ələkbərli nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın, o cümlədən “Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş “Qərbi Azərbaycan abidələri” adlı kitabın müəllifidir. “Qədim Türk-Oğuz yurdu – “Ermənistan” kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.

Ə.Ələkbərli həm də Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən müstəqil “Ağrıdağ” nəşriyyatının yaradıcısı və direktorudur.

Eyni zamanda Azərbaycan Milli Ensiklopediyasının böyük redaktoru vəzifəsində çalışır və Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən biridir. Həmçinin “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun üzvüdür.

Hazırda həm də Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədridir.

2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmişdir, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvüdür.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda deputat Əziz Ələkbərlini doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!