Millət vəkili Jalə Əhmədova seçici qəbulu keçirib – FOTOLARbackend
Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda növbəti dəfə seçici qəbulu keçirib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən millət vəkili bildirib ki, qəbul zamanı 47 nəfər seçicini dinləyib, problemlərinin həlli üçün qanunvericilik çərçivəsində bacardığı köməkliyi əsirgəməyəcəyimi onların diqqətinə çatdırıb.

Qəbul zamanı seçicilər əsasən işsizlik, məşğulluq, qaz, torpaq məsələləri, ən əsası isə sosial problemlərdən əziyyət çəkdiklərini qeyd ediblər. Əlil olan vətəndaşlar əlilliyin müəyyən edilməsi üçün müayinədən keçdiklərini, lakin hələ də pensiyalarının bərpa edilmədiyini və məsələnin həllində onlara köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər.

Deputat qeyd edib ki, seçicilər yenə də 13 saylı Məşğulluq Mərkəzi filialının fəaliyyətindən şikayət ediblər:

“Çox təəssüfedici haldır ki, hər seçici qəbulunda bu qurumun fəaliyyətsizliyi dilə gətirilir. Ən maraqlısı isə odur ki, seçici qəbulu ilə bağlı paylaşdığım və kütləvi informasiya vasitələrində işıqlandırılan məlumatlarda qurumun fəaliyyəti tənqid edilsə də, 13 saylı Məşğulluq Mərkəzi filialının rəhbərliyi nə bundan bir nəticə çıxarır, nə də öz fəaliyyətində müsbətə doğru dəyişiklik edir. Hesab edirəm ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu qurum barədə tədbir görməyin zamanı çatıb”.