Millət vəkili: “Kadr islahatları millli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edir”backend
“Azərbaycanda istər kadr islahatları olsun, istərsə də korrupsiyaya qarşı yürüdülən siyasət sistemli xarakter daşıyır. Çünki cənab Prezident Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən ölkədə həm kadr islahatları, həm də korrupsiyaya qarşı mübarizə yürüdülən daxili siyasətin əsas prioritetini təşkil edib. Məhz buna görə də təsadüfən deyilmir ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu islahatlar prosesi yeni bir mərhələyə qədəm qoydu və bununla da ölkədə yeni islahatlar erası başlandı”.
Bunu açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Onun sözlərinə görə,  cənab İlham Əliyevin  rəhbərliyi altında həyata keçirilən  genişmiqyaslı  islahatlar prosesi təkcə ölkəmizdə deyil, beynəlxalq dairələrə tərəfindən də böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. “Həyata keçirilən islahatlaırn nəticəsidir ki, Azərbaycan ötən müddət ərzində sürətli inkişaf mərəhləsini  keçərək dünyada nüfuzlu ölkələrədn birinə çevrilməklə, beynəlxalq mövqeyini möqeyini möhkəmlədib. Biz Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolun və nüfuzunu pandemiya dövründə bir daha  şahidi olduq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın pandemiyaya qarşı   səmərəli mübarizə aparmaq üçün beynəlxalq həmrəyliyin yaradılaraq, birgə əməkdaşlığın  təşkil edilməsi istiqamətində Türk Şurasın üzv ölkələrin və Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirməsini misal çəkmək yetər. Dünyanı cənginə alan koronavirus pandemiyası kimi çətin və   mürəkkəb bir dövrdə  belə mötbər tədbrilərin keçirilməsinin təşəbbüskarı kimi çıxış edərək, onu qısa zaman ərzində rallaşdırmaq ancaq və ancaq  beynəlxalq aləmin Azərbaycan və onun lideri İlham Əliyevə olan inam, etimad və etibarı nəticəsində mümkün oldu”- deputat bildirib.

Ü.Quliyev bildirib ki, bütün bunlar bir daha həyata keçirilən hərtərəfli  davamlı islahatların  bəhrəsidir. “ Həyata keçirilən islahatların davamlı və sistemli xarakter almasının nəticəsidir ki,  son 17 ildə Azərbaycan sürətli inkişaf yolunu keçməkdədir. O baxımdan da son zamanlarda islahatlar prosesinin daha da sürətləndirilərək, dərinləşməsi  barədə qəbul edilmiş qəralar üç-beş ayın deyil, uzun illər əvvəl qəbul edilmiş qərarların nəticəsidir. Hansı ki, biz zaman-zaman ölkə başçısının istər dövrün tələblərinə cavab verməyən, yerində olmayan kadrların daha peşəkar, intellectual, ən əsası da gənc  kadrlarla əvəz olunmasının, istərsə də korrupsiyaya qarşı mübarizə apardığını  müşahidə etməkdəyik.

Bu gün  korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi  və şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan bütün beynəlxalq təşəbbüslərə, həm Avropa Şurasının, həm Birləşmiş Millətlər Təşkilatının bu sahədə bütün mövcud konvensiyalarına qoşulub və bununla əlaqədar olaraq respublikada  müvafiq qurumlar yaradılıb.  Korrupsiyaya qarşı sistemli və davamlı mübarizə aparmaq üçün Prezident İlham Əliyevin  sərəncamı əsasında 2004-cü ildə Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi  yaradılıb. Bundan əlavə olaraq korrupsiyaya qarşı səmərəli və sistemli mübarizəni təmin etmək üçün  “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011, 2012-2015-ci illər  və sonrakı illər üçün Milli Fəaliyyət Planı hazırlanaraq həyata keçirilib. Bununla paralel olaraq qanunvericilik bazası təkmilləşdirilib. Bu istiqamətdə daimi təkmilləşdirmə işlər həyata keçirilib.

Bir sözlə korrupsiyaya qarşı mübarizə dövlət başçısının  fəaliyyətinin əsas istiqamətlərindən biri olub və bu istiqamətdə bütün zəruri addımlar atılıb və  bu gün də atılmaqdadır.  Cənab Prezident  bu məsələni  hər zaman gündəmdə saxlayıb və  bütün müşavirələrdə, görüşlərdə, iclaslarda korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq məsələsini qaldıraraq   mövcud problemin aradan qaldırılması istiqamətində öz tapşırıqlarını verib. Bununla yanaşı məmurlara ciddi xəbərdarlıq edib. İşinin öhdəsindən gələ bilməyən, korrupsiyaya qurşanan məmurlar sərt formada cəzalandırılıb və bu proses davam etməkdədir.”- deputat qeyd edib.

O bildirib ki, son zamanlarda korrpusiyaya qarşı mübarizə daha yeni mərhələyə qədəm qoyub və buna qarşı daha amansız mübarizə aparılır: “Cənab Prezidentin bu istiqamıətdə yürütdüyü siyasət isə xalq tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir”.

Ölkə başçısının həyata keçirdiyi  kadr islahatları bardə danışan  millət vəkili bildirib ki, son vaxtlarda Azərbaycanda aparılan kadr islahatlarının növbəti mərhələsini  millli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək mühüm addımlardır:

“2018-ci ildən etibarən  dövlət idarəçiliyinin effektivliyini, əlçatanlığı istiqamətində   istər struktur, istərsə də kadr islahatları  istiqamətində həyata keçirilən islahatlar prosesi  son zamanlar daha da dərinləşməkdədir. Cənab Prezident  həyata keçirilən kadr islahatlarını tədbrilərin birində çıxışı zamanı belə  dəyərləndirib: “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun… Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır”.

Deputat qeyd edib ki, əgər diqqət etsək görərik ki, təyin edilən kadrlar əsasən gənc nəslin nümayəndələridir. “Bu da ölkə başçısının gənc nəslə olan münasibətinin göstəricisi  və verdiyi dəyər kimi qiymətləndirmək lazımdır. Ölkə başçısı sərəncamları ilə  perspektivli, bilik və bacarıqlı, yüksək intellektə, peşəkarlığa malik gənclər ən yüksək vəzifələrə təyin olunurlar. O bununla həm gənclərə dövlət idarəçiliyində yol açır,  həm də onların bir peşəkar kadr kimi yetişərək dövlətin gələcək inkişafında xidmətlərindən faydalanmaq istəyir.

Çünki gənclər yeni texnologiyaların idarəolunması peşəkarlıqlarına sahib olmaqla yanaşı, həm də yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır. Bu faktorla ölkəmizdə həyata keçirilən islahatlar kontekstində yüksək qiymətləndirlir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev məhz bu məsələlərə diqqət çəkərək bildirib ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər – bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək. Göründüyü kimi, yeni DOST mərkəzinin açılması təkcə sosial xidmətlər həyata keçirən qurumun açılışı deyil, eyni zamanda, ölkəmizdə həyata keçirilən islahatlar kontekstində gənc peşəkarların idarəetməyə cəlb edilməsidir. Nəzərə almaq lazımdır ki, bundan sonra da istər Bakıda, istərsə də regionlarımızda yeni belə xidmət mərkəzlərinin açılması nəzərdə tutlur ki, bu da miqyası daha da genişləndirəcək”(Ölkə.Az)