Millət vəkili Naqif Həmzəyevin ad günüdürbackend

Bu gün Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədri, Naqif Həmzəyevin ad günüdür.

Cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər bir insan kimi tanınan Naqif Həmzəyevin 37 yaşı tamam olur.

“Yeni Gündəm” -in məlumatına görə, Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu (Vardenis) Nərimanlı kəndində anadan olub.

1988-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olub. 1989-cu ildən təhsilini Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə davam etdirib. 2000-ci ildə həmin məktəbi bitirib. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003-2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. 20092011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2018-ci ildə “XIX əsrin sonundan günümüzə qədər erməni siyasi düşüncəsi və siyasi partiyaları” adlı dissertasiya işini müdafiə etmişdir.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda deputat Naqif Həmzəyevi doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!