Millət vəkili seçicilərinə müraciət etdibackend

VƏTƏNDAŞLAR ÜÇÜN ONLAYN QƏBUL VAR !

“Yeni Gündəm” xəbər verir ki, 96-saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədov seçicilərinə sosial şəbəkə vasitəsi ilə müraciət edib.

Müraciətdə deyilir;

Əziz seçicilər!
25 avqust saat 24:30-da yenidən sizlərin müraciətini dinləyib, sizləri narahat edən məsələləri həll etməyə çalışacam.

Qəbulda iştirak etmək istəyənlər mənim şəxsi mesaj bölümümə şəxsiyyət vəsiqəsi və əlaqə nömrəsini qeyd etməklə qeydiyyatdan keçə bilərlər. Daha sonra qəbul üçün sizinlə əlaqə saxlanılacaq.

Onuda qeyd edək ki , Anar Məmmədov ay ərzində seçiciləri ilə onlayn qəbulu keçirdir və telefon danışığı edir,səsləndirilən problemlərin həlli üçün müvafiq tapşırıqlarını verir.

Bununla yanaşı Deputat seçki qabağı təbliğat və təşviqat kompaniyasında seçiciləri ilə görüşlərində səsləndirilən çətin məsələlərin həll olunmasında verdiyi vədlərə bu gündə əməl edir.