Millət vəkili seçicilərlə görüşdü – FOTOLARbackend

Masallı rayon 70 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Məşhur Məmmədov nöbəti dəfə Masallı rayonunda seçiciləri ilə görüşüb.

Millət vəkili qeyd edib ki, Masallı Şəhər 70 saylı Seçki Dairəsində pandemiya qaydaları çərçivəsində seçicilərimlə ənənəvi görüş keçirdik.

“Yeni Gündəm”in məlumatına görə, görüşdə RİH müavini Aybəniz Qafarova və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev də iştirak etdi. Qəbula gələn seçicilərdən biri Şəhid qardaşı, üçü isə Qazi ailəsi idi. Seçicilər dinlənildi, təyinatı üzrə arzu və istəklərinə uyğun göstərişlər verildi. 12 seçicinin problemi yerindəcə həllini tapdı.

Gələcəkdə də onlayn görüşlərlə yanaşı rayonda seçicilərlə görüşlər keçirilməsi planlaşdırıldı.