Millət vəkili seçicilərlə görüşdü – FOTOLARbackend

Bu gün Milli Məclisin 62 saylı Saatlı seçki dairəsindən deputat seçilmiş Əziz Ələkbərli Saatlıda seçiciləri ilə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan vətandaşları ayrı-ayrılıqda qəbul edib.

Görüşdə Ə.Ələkbərli ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib. Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Əziz Ələkbərli bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

Qeyd edək ki,bir sıra məsələlər isə yerindəcə həllini  tapıb.