Millət vəkili Şəhid Nahid Mikayılovun ailəsini ziyarət etdi – FOTOLARbackend

Millət vəkili Əminə Ağazadə Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş gizir və 3 övlad atası Nahid Sovqat oğlu Mikayılovun ailəsini ziyarət edib.

“Yeni Gündəm” xəbər verir ki, millət vəkili Şəhidin xanımı Jalə Mikayılova və 3 övladı ilə görüşüb.

Millət vəkili bir daha Şəhidin ailəsinə başsağlığı verib, onlara bir daha Allahdan səbr diləyib.

Qeyd edək ki, dünən, 31 oktyabr tarixi Şəhid Nahid Mikayılovun Anım Günü idi.