Millət vəkili “Şərq” qəzetini təbrik etdibackend

Müasir mətbuatımızda öz dəsti – xətti, müəllif peşəkarlığı, obyektivliyi ilə sayılıb – seçilən nəşrlərdən biri də “Şərq” qəzetidir.

Müstəqilliyimizin ilk illərindən fəaliyyət göstərən bu qəzet milli mətbuat tariximizi dərindən araşdıran, bu yolda əzmkarlıq göstərən hörmətli dostumuz Akif Aşırlının rəhbərliyi ilə adını tarixə həkk edə bilib. Həmişə dövlət, dövlətçilik ənənələrinə sadiq qalan, obyektivliyi, mətbu qaydaları, müasir media ənənələrini həssaslıqla qoruyan “Şərq” qəzetinin ölkə ictimaiyyəti yanında xüsusi yeri vardır.
2018-ci ildə rəhbərlik etdiyim partiyanın bir qrup heyəti ilə “Şərq” qəzetinin baş redaktoru Akif bəyin öz təşəbbüsü və zəhməti ilə  redaksiyada qurduğu Mətbuat Muzeyini ziyarət etmişdik. O muzeydə  mətbuat tariximizə aid eksponatları, qəzet və kitabları, foto və rəsmləri gördükcə sevindim və Akif bəyin mətbuatımıza, mətbuat tariximizə necə önəm verdiyinin şahidi oldum. İnanıram ki, “Şərq” qəzeti və onun kollektivi  indən belə də xalqımız, dövlətimiz, mətbuatımız üçün, həqiqətlərin geniş əhatəli işıqlandırılması yolunda çalışacaqlar.
Mən “Şərq” qəzetinin 25 illik yubileyi münasibəti ilə hörmətli Akif Aşırlı başda olmaqla bütün “Şərq” çiləri, redaksiya heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.