Millət vəkili və başçı Goranboyda hərbçiləri təbrik etdi – FOTOLARbackend

Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və ictimai fəalların iştirakı ilə Silahlı Qüvvələr Günü ilə bağlı, Goranboy rayonu ərazisində yerləşən “N” saylı Hərbi Hissədə tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Anar Məmmədov, icra başçısı Məhərrəm Quliyev və digər çıxışçılar Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə danışaraq, bu Şanlı Qələbə münasibəti ilə bir daha bütün zabit və əsgərlərimizə, Vətən müharibəsinin iştirakçılarına  təbriklərini bildiriblər, Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Prezidentin müvafiq Sərəncamları əsasında  verilmiş medallar şəhid ailələrinə və qazilərimizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Milli İrs Siyahısına salınan və Azərbaycan xanımının şərəf və namus simvolu kimi dəyərləndirilən kəlağayı şəhid  analarına və  xanımlarına təqdim edilib.

Həmçinin, hərbi hissənin fərqlənən altı nəfərinə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri – qol saatları təqdim edilib. Daha sonra hərbi hissənin yeməkxanasında əsgərlərimizlə birgə nahar edilib.