Millət vəkili vəfat edən hərbçinin ailəsini ziyarət edib – FOTObackend

Millət vəkili Anar Məmmədov Goranboy rayonu Qurbanzadə kəndində Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edən hərbçi Bayramov Namizədin ailəsini ziyarət edib.

”Yeni Gündəm” xəbər verir ki, ziyarətdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Görüşdə çıxış edən millət vəkili ailəyə bağsağlığı verib, vəfat edən hərbçinin ailəsinin qayğıları ilə maraqlanıb.

Onu da qeyd edək ki, Bayramov Namizəd Vətən müharibəsinin iştirakçısı olub, iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.