Millət vəkili Xorvatiyalı səfirlə görüşdü – FOTObackend

Bu gün Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva Xorvatiya Respublikasının ölkəmizə təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında ilk rəsmi görüş baş tutdu.

“Yeni Gündəm” xəbər verir ki, millət vəkili görüş zamanı bu il Xorvatiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladaraq münasibətlərin strateji xarakter daşıdığını, ölkələrimizin enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Cənab Branko Zebiç isə öz növbəsində Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2 ölkə arasında əməkdaşlıq üçün istər siyasi, istər iqtisadi baxımdan yaxşı perspektivlər mövcuddur. Avropa İttifaqı Şurasının sədri qismində ölkəsinin Azərbaycan-İttifaq əməkdaşlığına dəstəyini davam etdirdiyini vurğulayan səfir Zebiç eyni zamanda bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq münasibətlərinin birgə səylər nəticəsində bundan sonra daha da möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd etdi.

Sonda Könül Nurullayeva qeyd etdi ki, parlamentdə icrasına başladığım bu vacib və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyimə, bu fəaliyyətin rəsmi Bakı ilə Zaqreb arasında qurulmuş əlaqələrin inkişafına töhfə verəcəyinə inanıram!