Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının vəzifəli şəxsləri qardaş Türkiyədə səfərdədir.
“Yeni Gundem” xəbər verir ki, 14 may 2023-cü il tarixində Qardaş Türkiyədə keçirilən prezident və parlament seçkilərində iştirak etmək üçün Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanovun rəhbərliyi ilə millət vəkilləri Məlahət İbrahimqızı, Anar İsgəndərovun, Azər Badamovun, YAP Binəqədi rayon təşkilatının sədri Vusal İsmayılovun və YAP Mərkəzi Aparatının Elmar Məmmədovun daxil olduğu nümayəndə heyyəti İzmirdə seçki kampaniyasında iştirak etmiş və müxtəlif önəmli görüşlər keçirilib.
Ədalət və İnkişaf Partiyasının ( AKP) seçkilərdə namizədlərinin tanıtım tədbirində iştirak edən nümayəndə heyyəti adından millət vəkili Əhliman Əmiraslanov çıxış edərək, Azərbaycan Türk dünyasının böyük lideri Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi Partiyanın namizədlərinin bir daha seçilməsi arzusunu və dualarını bildirib.