Millətin Milliliyini Saxlayan Onun Ana Dilidirbackend

İstər sovet dövründəki, istərsə də müstəqillik dövründə Heydər Əliyevin ən diqqət etdiyi məsələ ana dilinin qorunması və inkişafı olmuşdur. Müstəqil Azərbaycan Respublikasında anadilimizin hərtərəfli istifadəsinin genişlənməsi, bu sahəyədiqqətin ayrılması Ulu öndərin hakimiyyətə gəlməsindən sonrageniş vüsət almışdır. Azərbaycan dilinin birbaşa inkişafı, ümumişlək dilə dövlət dilinə çevrilməsi, diplomatiya aləminəyol açması, dünyanın böyük dövlətlərinin, habelə beynəlxalqtəşkilatların kürsülərində səslənməsi birbaşa Heydər Əliyevinadı ilə bağlı idi.      

Heydər Əliyev Azərbaycan dilinin daha dazənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsindəbir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlərhəyata keçirmişdir. Azərbaycan dilində dərs keçən professor-müəllim heyətinin sayında da xeyli artım olmuşdur. Azərbaycandilinin istifadə arealının böyüməsi azərbaycandilli ziyalıtəbəqənin güclənməsinə səbəb olmuş ictimai fikirdə aparıcıyer tutmağa başlamışdır. Ana dilində dərsliklərin kitablarınnəşrinin genişləndirilməsi, dilçi alimlərə şərqşünaslara qayğıgöstərilməsi ilə əlaqədar Heydər Əliyevin imzaladığı fərmanlarbu sahəyə göstərilən diqqətin real nəticələrindən biri idi.

Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaqtəzahürü olan, “Azərbaycan dili Gününün təsis edilməsihaqqında” 9 avqust 2001-ci il tarixli, “AzərbaycanRespublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci iltarixli, “Azərbaycan Respublikasının dövlət dili haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli, Azərbaycan Milli ElmlərAkademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixliqərarlar dilimizin inkişafı üçün nəzərdə tutulmuş mühüm fərman sərəncamlardır.

Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-inKonstitusiyasında Azərbaycan dilinin ana dili kimi təsbitedilməsi,   o illərdə dördcildlikMüasir Azərbaycan dilidərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevincəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisininəyani təzahürü idi. Qanununun qəbul edilməsi Azərbaycandilinin dövlət dili kimi, onun tətbiqi, qorunması inkişafetdirilməsi istiqamətində atılan daha bir böyük addım idi.

Müstəqilliyimizin ilk ilində – 1991-ci ildə latın qrafikalıAzərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərindəqalmışdır. Yalnız Ümummilli liderimiz Heydər Əliyevinmüvafiq fərmanından sonra ana dilimizin tətbiqi işinin dahamükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhzbundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latınqrafikası ilə aparılmışdır.

Bir məsələni xüsusi vurğulamaq vacibdir ki, HeydərƏliyev uzun müddət Moskvada yaşayaraq orada müxtəlif dövlətvəzifələrində çalışması əsas danışıq nitqinin rus dili olmasınabaxmayaraq, 90-cı illərdə Vətənə qayıtdıqdan sonra çox sərbəstolaraq Azərbaycan dilində danışması onun öz dilinə olanbağlılığından natiqlik istedadının necə üst səviyyədəolmasından xəbər vermişdir.

Heydər Əliyev demişdir: “Özümüzün dilimiz varAzərbaycan dili çox da gözəl dilimiz var, çox zəngin dilimizvar, çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dilihər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.

Sənan Hüseynov – Nyu-York Elmlər Akademiyasının üzvü, ADNSU III kurs tələbəsi