Millətlər Liqasında pley-off mərhələsinin yeni vaxtıbackend

Millətlər Liqasının pley-off oyunlarının yeni təqvimi açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, yarımfinallar martın 26-dan iyunun 4-nə, finallar isə martın 31-dən iyunun 9-na keçirilib.

Pley-offlardan sonra Avropa çempionatına vəsiqə qazanacaq son 4 komanda məlum olacaq.

A Liqası

İslandiya – Rumıniya

Bolqarıstan – Macarıstan

B Liqası

Bosniya və Herseqovina – Şimali İrlandiya

Slovakiya – İrlandiya

C Liqası

Şotlandiya – İsrail

Norveç – Serbiya

D Liqası

Gürcüstan – Belarus

Şimali Makedoniya – Kosovo.