Milli Məclis bu şəxslərlə bağlı qərar verdibackend

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

“Yeni Gündəm”-in məlumatına görə, layihəyə əsasən, Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alınaraq aşağıdakı apelyasiya məhkəmələrinə hakimlər təyin ediləcək:

– Bakı Apelyasiya Məhkəməsi üzrə:

Hüseyn Cavid Vaqif oğlu

Oruczadə Aytən Pənah qızı

– Gəncə Apelyasiya Məhkəməsi üzrə:

Həsənov İslam Telman oğlu

İsgəndərova Aygül Vulqar qızı

– Sumqayıt Apelyasiya Məhkəməsi üzrə:

Məmmədov Zahid Tahir oğlu

– Şəki Apelyasiya Məhkəməsi üzrə:

Cavadova Günay İsmayıl qızı

– Şirvan Apelyasiya Məhkəməsi üzrə:

Abdullayev İlkin Qismət oğlu

İsmayılov Orxan Nadir oğlu.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.